Sərdar İsmayılov dəfn edildi

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Sərdar İsmayılov dəfn olunub.

Onun nəşi Astanlı kənd qəbiristanlığının Şəhidlər cərgəsində torpağa tapşırılıb.

Qeyd edək ki, Sərdar Cəfər oğlu İsmayılov 1971-ci il avqustun 27-də Neftçalanın Astanlı kəndində anadan olub. 1992-ci il oktyabrın 25-də Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb. (Report)

21.08.2026 13:29
845