Sergey Lavrov jurnalistlərlə görüşdə SÖYÜŞ SÖYDÜ - VİDEO

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Sergey Lavrov Diplomatiya Akademiyasında keçirilən səfirlərin 12-ci “dəyirmi masa” toplantısında qeyri-etik ifadə işlədib.

Musavat.com xəbər verir ki, nazir yəmənli jurnalisti başqası ilə səhv salıb.

Rusiyalı nazir çaşqınlıq yarandığı anda kameralar qarşısında açıq şəkildə söyüş söyərək təhqiramiz və qeyri-etik ifadə işlədib.

Rusiya XİN rəhbərinin bu reaksiyasından dərhal sonra tədbir iştirakçılarından biri nazirə düzəliş edərək, sualı ünvanlayan şəxsin əslində yəmənli jurnalist olduğunu dəqiqləşdirib.

Musavat.com

23.06.2026 13:56
1741