Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemlərinin tutucu raket ehtiyatları minimum həddə düşüb.
Musavat.com xəbər verir ki, məlumatı Associated Press (AP) agentliyi Yaxın Şərq rəsmilərinə istinadən yayıb.
Rəsmilərin sözlərinə görə, Ər-Riyad Yəmən Husi üsyançı hərəkatı Ənsar Allah tərəfindən buraxılan raket və dronlara qarşı mübarizədə Britaniya, Misir, Pakistan və Fransadan kömək istəyib.
AP qeyd edib ki, Səudiyyə Ərəbistanı əsas müttəfiqi və silah təchizatçısı olan ABŞ-ın İrana qarşı hərbi əməliyyatlar səbəbindən öz arsenalının tükənməsi ilə üzləşməsi səbəbindən dəstək axtarmağa məcbur olub.
Bir müddət əvvəl Financial Times qəzeti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səudun ABŞ prezidenti Donald Trampdan Husilərə qarşı hava dəstəyi istədiyini, lakin Vaşinqtonun İrana diqqət yetirdiyini əsas gətirərək imtina etdiyini bildirib.
Musavat.com