Şəxsi münasibətə baxmayaraq, Çin hörmətə layiqdir - Tramp

Çin, şəxsi münasibətdən asılı olmayaraq universal hörmətə layiqdir.

Musavat.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Mayamidə keçirilən investisiya forumunda deyub: "Çinə baxın, onlar nə qədər yaxşı işləyirlər, nə qədər yaxşı istehsal edirlər. Onların etdiklərinə hörmət etməlisiniz. Onları bəyənib-bəyənməməyinizdən asılı olmayaraq, onlara hörmət etməlisiniz".

Ağ Ev rəıhbəri may ayında Çinə səfər etməyi planlaşdırdığını təsdiqləyib və yenidən Si Cinpinlə yaxşı münasibətlərinin olduğunu qeyd edib.

Musavat.com

28.03.2026 08:00
1135