Çin dövlət rəhbəri Si Cinpin ABŞ Prezidenti Donald Trampla Pekində keçirilən son danışıqlar zamanı Yaponiyanın Baş naziri Sanae Takaiçini sərt tənqid edib.
Musavat.com xəbər verir ki, məlumatı Financial Times (FT) yeddi mənbəyə istinadən yayıb. Bildirilir ki, Çin rəhbəri Yaponiyanın yenidən hərbiləşdirildiyini iddai edib. Mənbələrin sözlərinə görə, Çin lideri əvvəlki görüşlərdə bu mövzu qaldırılmadığı üçün ABŞ rəsmilərini təəccübləndirərək tonunu kəskin şəkildə artırıb. Bir neçə mənbə bu anı iki liderin görüşlərinin ən gərgin anları kimi təsvir edib.
Məqaləyə görə, Tramp Şimali Koreyanın yaratdığı təhdidi əsas gətirərək Takaiçini müdafiə edib.
Qeyd edək ki, 24 mayda Kyodo News da bu məqama diqqət çəkib. Agentliyin məlumatına görə, Si Cinpin ABŞ lideri ilə görüşü zamanı Takaiçini "yeni bir militarizm formasını dirçəltdiyini" iddia edib.
Musavat.com