SON DƏQİQƏ: Moskvada təyyarə qəzaya uğradı

Moskva vilayətinin Serpuxov şəhərindəki Novinki aerodromu yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a təcili yardım xidmətlərindən məlumat verilib.

"Novinki aerodromundan 3 kilometr aralıda iki nəfərlik yüngül mühərrikli təyyarə uçuş zamanı qəzaya uğrayıb. İlkin məlumatlara görə, təyyarədə iki nəfər olub, onlardan biri yaralanıb", - agentliyə mənbə bildirib.

Təcili yardım xidmətləri hadisənin bütün hallarını müəyyən etmək üçün hadisə yerində işləyir.

Musavat.com

 

13.12.2025 19:35
2406