SON DƏQİQƏ! Qardaş ölkə SİLKƏLƏNDİ - Təşviş yaşandı

Aralıq dənizində, Hatay sahilləri yaxınlığında 4 bal gücündə zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Olunması Baş İdarəsi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, zəlzələ saat 00:50-də baş verib.

Zəlzələ yerin 24,61 kilometr dərinliyində qeydə alınıb.

Yeraltı təkanlar ətraf ərazilərdə də hiss edilib. Gecə yarısı baş verən zəlzələ təşvişə səbəb olub.

Musavat.com

11.01.2026 02:33
1986