SON DƏQİQƏ: Türkiyədə güclü ZƏLZƏLƏ OLDU

Türkiyənin Malatya şəhərində 5,6 bal gücündə zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Yeraltı təkanlar vilayətin Battalqazi rayonunda qeydə alınıb.

Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD)  yaydığı rəsmi məlumata görə, yerli vaxtla saat 09:00-da baş verən zəlzələnin ocağı yerin 7,03 kilometr dərinliyində yerləşib.

Güclü sarsıntı Adıyaman, Elazığ və Kahramanmaraş başda olmaqla ətraf vilayət və rayonlarda da aydın hiss edilib.

Təkanlar bölgədə yaşayan əhali arasında böyük təşviş və paniyə səbəb olub. Aidiyyəti qurumlar tərəfindən sahədə araşdırma və monitorinq işlərinə başlanılıb.

Musavat.com

20.05.2026 10:10
1576