“Son zəng” günü ağır yol qəzası: 10 şagird yaralandı

Bolnisi rayonunun Kəpənəkçi kəndində “Son zəng” günü ağır yol qəzası baş verib.

Musavat.com xəbər verir ki, kənd ərazisində 4 avtomobilin iştirakı ilə zəncirvari qəza qeydə alınıb. Hadisə nəticəsində 10-a yaxın şagird xəsarət alıb.

İlkin məlumata görə, xəsarət alanlar Bolnisi 1 saylı ictimai məktəbinin şagirdləridir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Kəpənəkçi kəndinin əhalisi əsasən etnik azərbaycanlılardan ibarətdir.

Şahanə Rəhimli
Musavat.com

28.05.2026 19:38
559