"Space"in yeni direktoru KİMDİR? - DOSYE

Xəbər verdiyimiz kimi, bu gün "Space" televiziyasına yeni baş direktor Ayaz Mustafayev təyin edilib.

Yeni direktorun dosyesini təqdim edirik:

Ayaz Mustafayev əmək fəaliyyətinə 2009-cu ildə Xarici İşlər Nazirliyində başlayıb, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində müxtəlif vəzifələrində, daha sonra İTV və AZTV-nin London bürosunda çalışıb.

Bu müddət ərzində mətbuat və media sahəsində geniş beynəlxalq təcrübə qazanıb. Son illərdə özəl sektorda və Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifələrdə fəaliyyət göstərib./Manset.az

04.05.2026 16:12
1938