Sumqayıtda 16 yaşlı oğlan bıçaqlandı – Qonşusu saxlanıldı

Sumqayıtda yeniyetmə bıçaqlanıb.

Musavat.com bildirir ki, hadisə şəhərin 16-cı mikrorayon ərazisində baş verib.

2009-cu il təvəllüdlü T. Ş. mübahisə etdiyi həmyaşıdı N.A-nı bıçaqlayıb. Polis N.A-nı saxlayıb. Onların qonşu olduğu bildirilir.

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, bıçaqlanan yeniyetməyə yuxarı ətraf qurşağının açıq yarası diaqnozu qoyulub və ona zəruri tibbi xidmətlər göstərilib.

Şahanə Rəhimli
Musavat.com

17.12.2025 11:03
495