Sumqayıtda 700 abonentin qazı KƏSİLƏCƏK

Sumqayıt şəhərinin Corat qəsəbəsində mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar qaz təchizatında fasilə yaranacaq.

Musavat.com-a "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən verilən məlumata görə, bu gün saat 11:00-dan etibarən işlər yekunlaşana qədər Corat qəsəbəsində "Dörd yol" və ətraf ərazilərdə 700 abonentin qaz təchizatı dayandırılacaq.

09.10.2025 09:32
848