Sumqayıtda FACİƏ: Anası ölən məktəbli qız binadan yıxıldı, sağ qaldı

Sumqayıtda 16 yaşlı qız binadan yıxılıb.

Sumqayıt şəhər sakini, 2010-cu il təvəllüdlü F. İsayeva yaşadığı binanın pəncərəsindən yıxılıb.

Xəstəxanaya yerləşdirilən F.İsayevanın vəziyyəti ağırdır.

Qonşularının dediyinə görə, F.İsayeva bir müddət anasını itiribmiş. O, Sumqayıt şəhər 11 saylı orta məktəbin 10-cu sinif şagirdidir.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır./Lent.az

02.04.2026 16:18
1155