Sumqayıtda üç "Kalaşnikov" aşkarlandı

Sumqayıt şəhərində silah-sursat aşkarlanıb.

Musavat.com xəbər verir ki, "Yaşma bağları" massivi ərazisində bir ədəd "Kalaşnikov” avtomatı, 76-cı məhəllə ərazisində iki  ədəd "Kalaşnikov” avtomatı, bir ədəd boş, bir ədəd dolu sandıq, 29 ədəd 5,45 çaplı patron aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

08.05.2025 09:30
471