Sumqayıtda yol çökdü – Video

Sumqayıt şəhərində yolun çökməsi ilə nəticələnən hadisə qeydə alınıb.

Musavat.com xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində, Dəmir Yolları Vağzalının və “Sumqayıt Hospital”ın yaxınlığında baş verib.

Məlumata görə, yol örtüyünün çökməsi nəticəsində hər hansı xəsarət alan olmayıb. Hadisədən dərhal sonra ərazi təhlükəsizlik məqsədilə əhatəyə alınıb, nəqliyyat və piyadaların hərəkəti məhdudlaşdırılıb.

Hazırda aidiyyəti qurumların əməkdaşları ərazidə araşdırma aparır.

Şahanə Rəhimli
Musavat.com

05.05.2026 17:35
743