Sürücülərə XƏBƏRDARLIQ: Dekabrın 29-u gecə və səhər saatlarında...

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.

Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilir ki, dekabrın 29-da gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı gözlənilir.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

28.12.2025 19:46
779