Tanınmış şairənin ailəsində ağır itki - FOTO

Masallıda məktəbli vəfat edib.

Musavat.com xəbər verir ki, Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən 3 saylı orta məktəbin ikinci sinif şagirdi Pərviz Mirzəyev xəstəlik səbəbindən dünyasını dəyişib.

Onun qan azlığından əziyyət çəkdiyi bildirilir.  

Məlumata görə, vəfat edən məktəbli tanınmış şairə, fəlsəfə doktoru Rəsmiyyə Sabirin bacısı nəvəsidir.

Şahanə Rəhimli,
Musavat.com

16.04.2026 10:29
964