TƏCİLİ: Ukraynadan DƏHŞƏTLİ ZƏRBƏ - Rusiyada fövqəladə vəziyyət ELAN EDİLDİ

Rusiyanın Rostov vilayətinin Matveyev Kurqan qəsəbəsində Ukrayna Silahlı Qüvvələrinin gecə hücumundan sonra neft bazasında yanğın baş verməsi səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Matveyevo-Kurqan rayonunun administrasiya rəhbəri Dina Alborova öz "Telegram" kanalında paylaşıb.

"Ötən gecə rayon növbəti dəfə pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb. Hücum nəticəsində rayon mərkəzindəki neft anbarında yanğın qeydə alınıb. 31 may 2026-cı il tarixi, Moskva vaxtı ilə saat 02:20-dən etibarən Matveyev Kurqan qəsəbəsində fövqəladə vəziyyət rejimi elan olunub", - deyə Alborova bildirib.

Məlumata görə, yanğının sahəsi 3 600 kvadratmetr təşkil edir. Alovun söndürülməsinə 100-dən çox canlı qüvvə cəlb olunsa da, yanğın ocağını hələlik tam lokallaşdırmaq mümkün olmayıb. İlkin məlumatlara əsasən, hadisə nəticəsində 17 evə, bir avtomobilə, üç mağazaya və bir aptekə ziyan dəyib.

Qeyd edək ki, mayın 31-nə keçən gecə Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemləri ölkə regionları və Azov dənizi üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 216 PUA-nı zərərsizləşdirib. Hava hədəfləri Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kursk, Lipetsk, Oryol, Rostov və Saratov vilayətləri ilə yanaşı, Krasnodar diyarı və Krım üzərində məhv edilib.

Musavat.com

31.05.2026 15:48
1840