Tehranda yaşayış binası çökdü: dağıntılar altından 4 nəfər sağ çıxarıldı

İranın paytaxtı Tehranın Yaftabad bölgəsində üçmərtəbəli yaşayış binası çöküb.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində bina tamamilə dağılıb. İlkin məlumatlara əsasən, dağıntılar altından 4 nəfər sağ çıxarılaraq xilas edilib.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Xilasedicilər dağıntılar altında başqa insanların qalma ehtimalını istisna etmirlər.

Hadisənin səbəbləri hələlik açıqlanmayıb. Rəsmi qurumlar tərəfindən əlavə məlumatların veriləcəyi gözlənilir. 

 

Musavat.com

16.12.2025 23:08
457