Təranə Pirimova VƏFAT ETDİ

Azərbaycanda müəllim vəfat edib.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Təranə Pirimova dünyasını dəyişib.

O, uzun müddət məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərib.

Onun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir.

04.07.2026 10:45
1489