Tiktoker “Əfi" həbs olundu

Sosial şəbəkələrdə qeyri-etik paylaşımları ilə diqqət çəkən "Əfi" ləqəbli tiktoker Əflatun Rüstəmov həbs edilib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə inzibati qayda pozuntusunda təqsirli bilinən "Əfi"yə 13 gün həbs cəzası verilib.

 

15.06.2025 01:57
2283