Tokio ÜDM-inin həcminə görə planetin ən varlı şəhəri olub.
Musavat.com xəbər verir ki, bunu CEOWORLD Jurnalı müəyyən edub. Jurnala görə, Yaponiya paytaxtının iqtisadiyyatı 2,55 trilyon dollar dəyərində qiymətləndirilir ki, bu da ikinci yerdə olan Nyu-York şəhərinin (2,49 trilyon dollar) iqtisadiyyatından daha böyükdür.
Los-Anceles 1,62 trilyon dollarla üçüncü yerdədir. Sonrakı yerlərdə London, Seul, Paris, Çikaqo və Osaka qərarlaşıb.
Ümumilikdə 300 şəhərin iqtisadiyyatı qiymətləndirilib.
Nəşr qeyd edir ki, ilk on şəhər qlobal ÜDM-in təxminən üçdə birini təşkil edir.
Musavat.com