"Toyda 26 min dollar şabaş yığdım" 

Müğənni İbrahim Borçalı toyda yığdığı şabaşın məbləğini açıqlayıb. 

Sənətçi "İncə səhər" proqramında bir məclisdən 26 min dollar şabaş yığdığını etiraf edib:

"Kiyevdə toya getmişdim. 8 min manat qonorar istəmişdim. Toy sahibi bir paçka pul verdi. Xanımı dedi ki, vermə. Kişi də acığa lap çox verdi. Həmin toyda 26 min dollar yığdım". (Axşam.az)

28.10.2025 13:47
1552