Tramp ABŞ üçün “arzuların komandası”nı açıqladı

Ağ Evin respublikaçı rəhbəri Donald Tramp prezidentlik müddəti bitdikdən sonra ölkəni idarə etmək üçün ideal komandasını açıqlayıb.

Musavat.com xəbər verir ki, o, Vens və Rubionu 2028-ci ildə keçiriləcək növbəti ABŞ seçkiləri üçün əla namizədlər adlandırıb:

"Bülleten üçün əla səslənir: J.D. və Marko. Mükəmməl namizədlər. Yeri gəlmişkən, inanıram ki, bu, arzuların komandasıdır, amma bəzi kiçik detallar var".

Amerika lideri “kiçik detallar” dedikdə nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Musavat.com 

12.05.2026 08:13
656