Tramp CNN-in satılmasını tələb edir: “Onlar kanalı biabır etdilər”

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Warner Bros. şirkətinin planlaşdırılan böyük sövdələşməsi çərçivəsində CNN satışa çıxarılmalıdır.

Musavat.com xəbər verir ki, o, telekanalın son illərdəki rəhbərliyini sərt şəkildə tənqid edib:

“Məncə, son illər CNN-ə rəhbərlik edən insanlar – tam bir biabırçılıqdır”, – deyə Tramp bildirib.

Ağ Ev rəhbəri hesab edir ki, kanalın mövcud idarəetməsi ictimai etimadı məhv edib və şirkətin yenidən qurulması üçün tamamilə yeni sahibə ehtiyac var.

Musavat.com

14.12.2025 00:42
491