Nyu-Yorkda kritik "diplomatiya testi"
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda İran Prezidenti Məsud Pezeşkianla görüşməyə açıq olduğunu bəyan edib.
İran mətbuatının yaydığı məlumata görə, Ağ Ev rəhbəri belə bir təmasa razılıq verə biləcəyini istisna etməyib. Tramp hazırda qərar vermə mərhələsində olduğunu bildirərək, "Yaxın gələcəkdə böyük hadisələr baş verə bilər", — deyə vurğulayıb.
ABŞ lideri masada bir neçə variantın olduğunu diqqətə çatdırıb: İrana hərbi müdaxilə etmək, iqtisadi təzyiqləri davam etdirmək və ya diplomatik razılığa gəlmək.
Eyni zamanda, İran Prezidenti Məsud Pezeşkian da müharibənin əleyhinə olduğunu bəyan edib. O, ölkəsinin təhlükəsizliyini və milli maraqlarını təmin edəcək sülh, eləcə də diplomatik həll yollarına hazır olduqlarını vurğulayıb.
Musavat.com