ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Tayvan Çindən ayrılaraq müstəqillik elan etmək qərarına gələrsə, ABŞ ordusuna Çinlə müharibəyə başlamaq əmri vermək istəmir.
Musavat.com xəbər verir ki, Fox News-a verdiyi müsahibədə ondan Pekində Çinin rəhbəri Si Cinpinlə danışıqlarından sonra Vaşinqtonun Taypey siyasətində nəyinsə dəyişib-dəyişmədiyi soruşulub. Ağ Ev rəhbəri qeyd edib: "ABŞ siyasətinə gəldikdə isə xeyr, heç nə dəyişməyib. Bunu belə deyəcəyəm: heç kimin müstəqillik yolunu tutmasını istəmirəm, çünki bildiyiniz kimi, müharibə aparmaq üçün 9500 mil yol qət etməli olduğumuz güman edilir. Mən bunu istəmirəm. İstəyərdim ki, onlar (Tayvan administrasiyasının nümayəndələri – red.) sakitləşsinlər. Mən istəyirəm ki, Çin sakitləşsin".
Musavat.com