ABŞ prezidenti Donald Tramp yanacaq qiymətlərinin yüksəlməsinin səbəbi ilə bağlı diqqətçəkən açıqlama verib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Tramp qiymət artımının artıq Hürmüz boğazında yaşanan problemlərlə əlaqəli olmadığını bildirib. Onun sözlərinə görə, hazırda əsas problem neft emalı zavodları ilə bağlıdır.
ABŞ-İran müharibəsi fonunda Hörmüz boğazında neft daşımalarının əngəllənməsi qlobal enerji bazarında ciddi dalğalanmalara səbəb olub. Dünyanın ən mühüm neft nəqli marşrutlarından biri hesab olunan boğazdan müharibədən əvvəl dünya neft tədarükünün təxminən 20 faizi keçirdi.
Lakin Tramp hazırkı qiymət artımının əsas səbəbinin Hörmüz boğazı olmadığını deyib.
“Benzin qiymətlərini yüksəldən artıq Hörmüz boğazı deyil. Çünki demək olar ki, hər gün rekord sayda barel neft çıxarılır. Əsas səbəb emalçılardır”, – deyə ABŞ prezidenti bildirib.
Tramp Rusiyadakı neft emalı zavodlarının Ukrayna tərəfindən vurulduğunu, demokratların idarə etdiyi Kaliforniya kimi ştatlarda isə bəzi emal müəssisələrinin fəaliyyətini dayandırdığını qeyd edib.
ABŞ prezidentinin açıqlaması enerji bazarında qiymətlərin formalaşması ilə bağlı yeni müzakirələrə səbəb olub.
Könül, Musavat.com