ABŞ prezidenti Donald Tramp Pensilvaniyada çıxışı zamanı Tailand və Kamboca arasında müharibəyə son qoymaq üçün “zəng etmək” niyyətini açıqlayıb.
Musavat.com xəbər verir ki, bu baxımdan Amerika lideri 10 ayda bitirdiyi 8 müharibəni bir daha xatırladıb.
“10 ay ərzində mən Kosovo və Serbiya, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya da daxil olmaqla 8 müharibəni başa çatdırdım, sizin bundan xəbəriniz yox idi, Ermənistan və Azərbaycan”, - Donald Tramp bildirib.
Musavat.com