Trampdan Pentaqona TƏCİLİ GÖSTƏRİŞ - "Hər öldürülən əsgərə görə..."

ABŞ prezidenti Donald Tramp İranın amerikalı hərbçilərə qarşı hücumları ilə bağlı sərt bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, həftəsonu 3 amerikalı hərbçinin həlak olmasından sonra Tramp "Truth Social" platformasında paylaşım edərək Tehran rəhbərliyinə xəbərdarlıq edib.

"İran hər dəfə bir amerikalı əsgəri öldürəndə bunun bədəlini dəfələrlə ağır şəkildə ödəyəcək", – deyə ABŞ dövlət başçısı vurğulayıb.

Ağ Ev rəhbəri əlavə edib ki, artıq bu məsələ ilə bağlı müdafiə naziri Pit Heqsetə və ordudakı bütün komandanlığa müvafiq göstərişlər verib.

Musavat.com

21.07.2026 10:17
1106