Türkiyə ELAN ETDİ: Əhməd Şaranın adı bu siyahıdan çıxarıldı

BMT Suriya Prezidenti Əhməd əş-Şaranın adını terrorçular siyahısından çıxarıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb.

Nazir bildirib ki, Əhməd əş-Şaranın adının siyahıdan silinməsi mühüm qərardır və bu prosesə görə BMT-yə minnətdarlıq ifadə edib. Fidanın sözlərinə görə, atılan addım həm Suriyanın iqtisadi mühitinə, həm də regionda sabitliyin güclənməsinə müsbət təsir göstərəcək.

Musavat.com

16.11.2025 12:47
1027