Noyabrın 28-də Türkiyə - Ermənistan sərhədindəki Akyaka - Axuryaka sərhəd-keçid məntəqəsində və Ermənistan Respublikasının Gümrü şəhərində iki ölkənin müvafiq qurumlarının nümayəndələri arasında görüş olub.
Musavat.com bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Xüsusi nümayəndələrin görüşləri zamanı Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı əldə olunmuş razılaşmalara uyğun olaraq müzakirələr aparılıb.
Məlumatda bildirilir ki, Gümrü-Qars dəmir yolunun bərpası və istismarı ilə bağlı texniki müzakirələrin ikinci mərhələsi həyata keçirilib.
Musavat.com