Türkiyə XİN Azərbaycanı təbrik etdi

Türkiyə Xarici İşlər Nazirliyi Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik birləşmələrinin işğalından azad etməsinin 108-ci ildönümü ilə əlaqədar paylaşım edib.

Musavat.com xəbər verir ki, paylaşımda deyilir:

"Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızı ən səmimi arzularımızla təbrik edir, müstəqillik uğrunda canından keçən bütün şəhidlərimizi ehtiramla yad edirik".

 
15.09.2026 11:37
561