Türkiyədə ağır qəza - Ölən və yaralananlar var

Türkiyənin Afyonkarahisar şəhərində ağır yol qəzası baş verib.

Dinar rayonunda sərnişin avtobusunun dərəyə aşması nəticəsində iki nəfər ölüb, 21 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər./Report

30.11.2025 11:32
468