Türkiyənin şərq bölgələrində qısamüddətli, lakin intensiv yağıntılar ciddi fəsadlara və sel fəlakətinə yol açıb.
Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, bir çox yaşayış məntəqələrində ev və iş yerlərini su basıb, küçə və prospektlər gölə dönüb.
Hakkaridə təsirli olan leysan yağışları nəticəsində dərələrin daşması Şəmdinli və Derecik rayonları arasındakı nəqliyyat əlaqəsini kəsib, magistral yol tamamilə bağlanıb.
Siirtin Kurtalan rayonunda, xüsusilə Sümer və Tekel məhəllələrində yığılan yağış suları bəzi iş yerlərində subasmalara səbəb olub, yolların infrastrukturuna ciddi ziyan dəyib.
Mardinin Artuklu və Qızıltepe rayonlarında da bənzər mənzərə yaşanıb. Artukluda fasilələrlə davam edən yağışlar nəticəsində mənzillər və ticarət obyektləri su altında qalıb.
Batmanda yağıntıların törətdiyi fəsadlar nəticəsində Cənub Dairəvi Yolunda çökmə meydana gəlib. Təhlükəsizlik məqsədilə yol hərəkətə bağlanıb və əraziyə magistral yollar idarəsinin briqadaları cəlb olunub.
Osmaniyədə isə leysan yağışları kənd təsərrüfatına zərər vurub, əkin sahələri su altında qalıb. Hazırda bölgələrdə ziyanın aradan qaldırılması üçün işlər davam etdirilir.
Musavat.com
@@TVmusavat/145131@@
Musavat.com