Türkiyədə zəlzələ oldu

Musavat.com xəbər verir ki, Türkiyənin Van bölgəsində 4,6 maqnitudalı zəlzələ qeydə alınıb. AFAD-ın rəsmi məlumatına görə, yeraltı təkanların episentri Tuşba rayonunda yerləşib.

Musavat.com bildirir ki, zəlzələ 07 dekabr 2025-ci il, (Bakı vaxtı ilə) saat 23:17:30-da baş verib. Yeraltı təkanların dərinliyi 6,11 km olaraq ölçülüb. Sığ dərinlikdə baş verdiyi üçün zəlzələ ətraf yaşayış məntəqələrində daha güclü hiss edilib.

AFAD məlumatı:

Böyüklük: 4,6 (Mw)

Yer: Tuşba (Van)

Tarix: 2025-12-07

Enlem: 38.80417 N

Boylam: 43.52417 E

Dərinlik: 6,11 km

Rəsmi mənbələrdən bildirilib ki, ilk mərhələdə dağıntı və ya ciddi zərər haqqında məlumat daxil olmayıb.

Musavat.com xəbər verir ki, tanınmış seysmoloq Prof. Dr. Şükrü Ersoy A Haber-ə açıqlamasında bildirib ki, sözügedən zəlzələ böyük faya bağlı görünmür və “böyük bir zəlzələ” kateqoriyasına daxil edilmir:

“Bu cür zəlzələlər adətən yer səthində görünməz. 5–6 kilometr dərinlikdə baş verən təkanlar çox sığ olduğu üçün daha şiddətli hiss oluna bilər. Van bölgəsində 1976-cı ildə dağıdıcı zəlzələ olmuşdu, 2011-ci ildə Ercişdə də ciddi ziyan qeydə alınmışdı. Ancaq hazırkı təkan böyük bir zəlzələnin xəbərçisi kimi qiymətləndirilmir”.

Hazırda bölgədə vəziyyət nəzarət altındadır, AFAD monitorinqi davam etdirir. 

 

Musavat.com

07.12.2025 23:39
952