Ukrayna rəsmən TƏSDİQLƏDİ: "NOVATEK" kompleksi VURULDU

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı avqustun 14-nə keçən gecə Rusiyanın Leninqrad vilayətinin Slobodka qəsəbəsində yerləşən "NOVATEK-Ust-Luqa" kompleksinə zərbə endirildiyini rəsmən təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Baş Qərargahın "Facebook" səhifəsində paylaşılıb.

Rəsmi açıqlamada müəssisə ərazisində yanğının qeydə alındığı bildirilir: "İlkin məlumatlara görə, kompleksin iki emal qurğusu vurulub".

Ukrayna tərəfinin məlumatına görə, "NOVATEK-Ust-Luqa" sabit qaz kondensatının fraksiyalaşdırılması və emalı üçün nəzərdə tutulmuş istehsal-yükləmə kompleksidir. İllik emal gücü təxminən 8 milyon ton xammal təşkil edən bu obyektin məhsulları Rusiyanın hərbi-iqtisadi fəaliyyətində geniş istifadə olunur və Rusiya Silahlı Qüvvələrinin təchizatında mühüm rol oynayır.

Dəymiş ziyanın dəqiq miqyası və hücumun yekun nəticələri dəqiqləşdirilir.

Musavat.com

14.08.2026 17:39
1013