Ukrayna, Rusiya, Çin məsələlərinə qayıtmalıyam – Tramp

24 dekabrda keçirilən Milad tədbirində ABŞ prezidenti Donald Tramp Rusiya, Ukrayna və Çinlə bağlı məsələlərə qayıtmağın vaxtının çatdığını qeyd edib.

Musavat.com xəbər verir ki, Floridadakı Mar-a-Laqo malikanəsində qalan Amerika lideri Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığına (NORAD) Şaxta babanın harada olduğunu öyrənmək üçün zəng vuran uşaqların suallarını cavablandırıb. Belə söhbətlərdən birindən sonra Amerika lideri qeyd edib: "Bunu bütün gün edə bilərəm. Lakin Çinə, Rusiyaya, Ukraynaya qayıtmalıyıq. Başqa məsələlərə qayıtmalıyıq. Amma mən bunu bütün gün edə bilərəm".

Ağ Ev Trampın uşaqlarla söhbətini canlı yayımlayıb.

Musavat.com

25.12.2025 10:55
440