Ukrayna Voroneji ATACMS-la VURDU: Rusiya Müdafiə Nazirliyindən TƏCİLİ AÇIQLAMA - FOTOLAR

Ukrayna Silahlı Qüvvələri 18 noyabr tarixində Rusiyanın Voronej şəhərinə ABŞ istehsalı 4 ədəd ATACMS ballistik raketi ilə zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, “S-400” və “Pantsir” hava hücumundan müdafiə sistemləri bütün raketləri vurub. Raket qalıqları isə Voronejdəki gerontoloji mərkəz və uşaq evinin damına ziyan vurub.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Musavat.com

 

19.11.2025 09:41
1667