Ukraynada HƏYƏCAN: Rusiya bombardmançıları HÜCUMA KEÇDİ, Polşa qırıcıları havaya qaldırdı

Ukraynada hava hücumu ilə bağlı həyəcan siqnalı verilib. Rusiyanın 5 ədəd "MiQ-31K"təyyarəsi havaya qalxıb.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, monitorinq kanalları “Kinjal” raketlərinin atışlarının qeydə alındığını bildirir.

İlkin məlumatlara görə, Rusiyanın "Tu-95" bombardmançı təyyarələrindən qanadlı raketlər atılıb.

Raketlərin Ukrayna ərazisinə çatması təxminən 60–90 dəqiqə ərzində gözlənilir.

Eyni zamanda, Polşa Ukraynaya hücum səbəbindən hərbi təyyarələrini havaya qaldırıb.

Musavat.com

19.11.2025 08:41
1215