Umerovdan ABŞ-ın sülh planı ilə bağlı AÇIQLAMA

Ukrayna ABŞ-ın sülh planının şərtlərini qəbul etməyib.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov bildirib.

O, səfəri zamanı  ABŞ-ın sülh planı layihəsini müzakirə etdiyini, lakin onun müddəaları ilə razılaşmadığını bildirib.

“İddia edilən “razılaşma” və ya “müddəaların çıxarılması” ilə bağlı dərc edilən məlumatlar həqiqətə uyğun deyil”, - o vurğulayıb.

"Axios" daha əvvəl Umerovun bir çox şərhinin 28 bəndlik plana daxil edildiyini bildirib. Ukraynalı rəsmisi dəqiqləşdirib ki, Kiyev sənəddəki bir sıra müddəalara etiraz edir.

Musavat.com

21.11.2025 13:13
800