Ürək tutmasından öldü - Qəzaya səbəb oldu

Bakı-Quba avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xırdalan şəhəri ərazisində qeydə alınıb.

BMV markalı avtomobilin sürücüsünün idarəetmə zamanı halının qəfil pisləşdiyi və ürək tutmasından sükan arxasında həyatını itirdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır./KONKRET.az

06.07.2026 16:50
873