Rusiyada pandemiyadan sonra geniş yayılmış uzaqdan iş rejimi əhalinin nitq qabiliyyətinə mənfi təsir göstərməyə başlayıb. Musavat.com xəbər verir ki, mütəxəssislər “Gazeta.ru”ya açıqlamalarında yetkin insanların söz ehtiyatının azaldığını, cümlələrin sadələşdiyini və fikirlərin ifadə dəqiqliyinin zəiflədiyini bildiriblər.
Ekspertlərin sözlərinə görə, onlayn iş rejimində insanlar mürəkkəb nitq konstruksiyalarından daha az istifadə edir. Bu isə beynin dil fəaliyyətini əvvəlki səviyyədə stimullaşdırmır və nəticədə nitq zəifləyir.
Logopedlər qeyd edirlər ki, canlı ünsiyyətin azalması nitq praktikasını aşağı salır, xüsusilə də diktasiya pozuntularına meyilli insanlarda bu problem daha tez özünü göstərir.
Mütəxəssislər problemin qarşısını almaq üçün daha çox real ünsiyyətə, kitab oxumağa və nitq məşqlərinə üstünlük verilməsini tövsiyə edirlər.
Musavat.com