Vəkilindən Rəqsanənin ev dustaqlığına buraxılması xəbərinə - Reaksiya

1 milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması barədə xəbərlər yayılıb.

Müğənninin vəkili Hikmət Əliyev musavat.com-a açıqlamasında bildirib ki, məhkəmə prosesi davam edir:

“Hakim müşavirəyə gedib. Rəqsanə xanımın ev dustaqlığına buraxılması barədə xəbərləri mən də sizin kimi sosial mediadan oxuyuram. Biz də hakimin qərarını gözləyirik. Hakim qərarı açıqlamayıb”.

Könül
Musavat.com

19.11.2025 18:19
1424