Venesuela nefti ABŞ-ın strateji ehtiyatlarının bərpasına yönəldiləcək

Karakasla bağlanmış müqavilənin bir hissəsi olaraq alınan Venesuela nefti ABŞ-ın Strateji Neft Ehtiyatını doldurmaq üçün istifadə olunacaq.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Truth Social-da yazıb: "Venesuela nefti ilə bağlı atacağım addımlardan biri də Yuxulu Co (Bayden) tərəfindən demək olar ki, tükənmiş Strateji Milli Ehtiyatları bərpa etməkdir".

ABŞ prezidenti qeyd edib ki, proses tezliklə başlayacaq.

Musavat.com

31.08.2026 08:50
654