Vüsal Hüseynov: “192 ölkənin vətəndaşı Azərbaycana müraciət edib”

Dövlət Miqrasiya Xidmətində (DMX) “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda mediatur təşkil edilib.

Musavat.com-un xəbərinə əsasən, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, miqrantların sayı ildən-ilə artır.

Xidmət rəisi qeyd edib ki, bunun iki əsas səbəbi var: könüllü və məcburi yerdəyişmə.

Vüsal Hüseynovun sözlərinə görə, dinamika varsa, yeni yanaşmalar ortaya çıxmalıdır:

“2026-cı ilin ilk 6 ayı ərzində Azərbaycana 192 ölkənin vətəndaşı tərəfindən ümumilikdə 1.091.865 giriş qeydə alınıb. Ölkəyə ən çox səfər edən vətəndaşlar Rusiya, Türkiyə, Gürcüstan, İran, Qazaxıstana mənsubdur. Xidmətə cari ilin 6 ayı ərzində 420.961 müraciət daxil olub. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə
qeydiyyatı ila bağlı 149.714 müraciət daxil olub”.

Nigar Həsənli
Musavat.com

29.07.2026 11:50
925