Xarkovda dəhşətli dron hücumu: Yaralıların sayı 22-yə çatdı

Musavat.com xəbər verir ki, Ukraynanın Xarkov şəhərinə Rusiya ordusunun həyata keçirdiyi növbəti dron hücumu nəticəsində yaralıların sayı 22-yə yüksəlib. Bu barədə vilayət administrasiyası məlumat yayıb.

Xarkovun meri İqor Terehovun sözlərinə görə, ilkin məlumata əsasən, Slobodskoy və Osnovyanskiy rayonlarına ümumilikdə 18 dronla zərbə endirilib. Hücum nəticəsində bir sıra yaşayış binaları, mağaza, ictimai və şəxsi nəqliyyat vasitələri, eləcə də müxtəlif infrastruktur obyektləri zədələnib. Şəhərin bir neçə nöqtəsində yanğınlar başlayıb.

Yerli sosial şəbəkə kanalları yazır ki, zərbələrdən sonra “Silpo” supermarketlərindən biri də xeyli ziyan görüb. 

 

Musavat.com

19.11.2025 03:38
721