Xırdalanda qumbara partladı, 19 yaşlı qız öldü

Xırdalanda fərdi yaşayış evində əl qumbarasının partlayışı nəticəsində 19 yaşlı qız həlak olub.

Bu barədə Musavat.com-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, hadisə sentyabrın 14-də baş verib. Partlayış nəticəsində 2007-ci il təvəllüdlü Xədicə Mustafayeva həlak olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

15.09.2026 20:55
2168