YasamaldakıBU GÖRÜNTÜLƏR araşdırıldı - Saxlanılanlar var

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən yarımtikilidə narkotik aludəçilərinin sosial şəbəkələrdə yayılan görüntüləri polis əməkdaşları tərəfindən araşdırılıb.

DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, tədbirlərlə həmin şəxslər müəyyən olunub.

"Əvvəllər də məhkum olunan - Günel Məmmədova, Nurlan Mustafalı, Günay Babayeva və Orxan Haqverdiyev saxlanılaraq məsuliyyətə cəlb ediliblər", -o əlavə edib.

04.08.2025 09:47
2209