Yeni Klinikanın direktor müavini işdən çıxarıldı

Yeni Klinikanın direktor müavini işdən çıxarılıb.

Musavat.com “Unikal”a istinadla xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb. Əmrə əsasən, Ravil Tağıyev Yeni Klinikanın direktor müavini vəzifəsindən azad edilib.

R.Tağıyev 2024-cü ildə bu vəzifəyə təyinat almışdı.

Qeyd edək ki, Yeni Klinikanın direktoru Zəhra Vəzirovadır. O, bu ilin may ayında adıçəkilən tibb ocağına rəhbər təyin olunub.

07.08.2026 22:02
1322